RU

Xüsusi hərbi əməliyyat zonasında yeni taktiki işarə olan Rusiya hərbi texnikası peyda olub

Zaporojye vilayətinin Berdyansk şəhəri yaxınlığında yeni taktiki işarə olan Rusiya hərbi texnikası görüntülənib.

Herbiand.az bildirir ki, Rusiya Silahlı Qüvvələrinin yük maşınlarında kvadrata bənzəyən simvol var.

Bu cür nişanlar əvvəllər Rusiya ordusunda istifadə olunmayıb. Ukrayna KİV-ləri yeni taktiki işarə daşıyan karvanların peyda olmasını Rusiya Silahlı Qüvvələrinin bölmələrinin Zaporojye cəbhəsinə yerləşdirilməsi ilə əlaqələndirirlər.

“Düşmən Zaporojye cəbhəsinə gələn yeni taktiki işarəli rus ordusunun karvanlarını həyəcanla müşahidə edir”, - “Военкоры Русской Весны” Telegram-kanalı bildirib.

Bəxtiyar CƏFƏRLİ

Избранный
3
herbiand.az

1Источники