RU

Türkiyə şərtini açıqladı: Qoşunları Suriyadan çıxara bilərik

BAKI, 18 sentyabr. TELEQRAF

“Türkiyə Silahlı Qüvvələrinin bölmələrinin Suriyada mövcudluğuna yalnız sərhəd təhlükəsizliyi tam təmin edildikdən sonra yenidən baxıla bilər”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk deyib.

“Türkiyə Silahlı Qüvvələri ölkəmizin və sərhədlərimizin təhlükəsizliyini təmin etmək, terrorla mübarizə aparmaq, terror dəhlizinin yaradılmasının qarşısını almaq üçün beynəlxalq hüquqda təsbit olunmuş özünümüdafiə hüququ əsasında Suriyadadır. Qoşunlarımızın Suriyadan çıxarılmasına ancaq sərhədlərimiz tam şəkildə təmin olunduqdan və terror təhlükəsi dövlət tərəfindən aradan qaldırıldıqdan sonra yenidən nəzərdən keçirilə biləcək bir məsələdir”, - Aktürk bildirib.

Избранный
86
teleqraf.com

1Источники