RU

Trabzonda güclü yanğın baş verdi - FOTO

BAKI, 18 sentyabr. TELEQRAF

Türkiyənin Trabzon şəhərininAkçaabat rayonunun Söğütlü qəsəbəsində yerləşən alış-veriş mərkəzinin anbar hissəsində yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Bildirilir ki, hadisənin səbəbi hələlik müəyyən edilməyib.

İlkin məlumatdan sonra əraziyə yanğınsöndürmə briqadaları, jandarma və polis qüvvələri cəlb olunub. Qısa müddətdə yayılan alov nəticəsində qalın qara tüstü şəhərin üzərini bürüyüb.

Qeyd edilir ki, yanğınsöndürmə əməkdaşlarının intensiv müdaxiləsi nəticəsində yanğın böyük ölçüdə nəzarət altına alınıb.

Избранный
19
teleqraf.com

1Источники