“Cari ilin birinci yarımili ərzində təxminən 13 000 cinayət faktı daxili işlər orqanları tərəfindən aşkar edilərək qeydiyyata alınıb”.
"Cebheinfo.az" xəbər verir ki, bunu Baş Prokurorluğun rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Ceyhun Kazımov deyib.
O qeyd edib ki, ötən ilin birinci yarımili ilə müqayisədə qeydə alınan cinayət faktlarının sayı 20 % azalıb:
“O cümlədən, şəxsiyyət əleyhinə olan və yol hərəkəti ilə bağlı cinayətlərdə də təxminən 25 % civarında azalma müşahidə edilib”.
Onun sözlərinə görə, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı da ötən illə müqayisədə 40–50 vahid azalıb:
“Rəqəmlərdən də göründüyü kimi, vəziyyət yaxşıya doğru dəyişib”.