RU

Azərbaycan klubunun vitse-prezidenti cəzalandırıldı

AFFA Azərbaycanın II Liqa təmsilçisi “Kür-Araz”ın 3 futbolçusunu və vitse-prezidentini 4 oyunluq cəzalandırıb.

Msport.az xəbər verir ki, bu barədə İntizam Komitəsi qərar qəbul edib.

Belə ki, II turun “Göygöl”lə oyununun 62-ci dəqiqəsində “Kür-Araz”ın futbolçuları Elxan Məmmədov hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına, Elnur Məmmədovla Eltun Həsənli isə ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə cəzalandırılıb.

Həmçinin klubun vitse-prezidenti Kenan Yıldız hakimləri təhqir etdiyinə görə 4 oyunluq diskvalifikasiya edilib. Bununla yanaşı, həm futbolçular həm də qurum rəsmisinin hərəkətlərinə görə klub ümumilikdə 4000 manat cərimələnib.

İntizam Komitəsi sözügedən görüş bitdikdən sonra azarkeşləri meydana daxil olduğuna görə “Göygöl”ü 250 manat cərimələyib.

Избранный
51
3
msport.az

4Источники