Misirdə rəsmilər Qahirədə yerləşən Misir Muzeyindən itən qədim bir bilərziyin tapılması üçün ölkə üzrə təhlükəsizlik siqnalı verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Misirin Turizm və Qədim Əsərlər Nazirliyi təxminən 3 min il əvvələ, firon Amenemope dövrünə aid nadir qızıl bilərziyin muzeyin bərpa laboratoriyasından itdiyini açıqlayıb.
Bildirilib ki, bilərzik "lapis lazuli" (qiymətli mavi daşlarla) bəzədilib və tarixi baxımdan yüksək dəyərə malikdir.
Nazirlik hadisədən dərhal sonra məsələni polisə ötürdüyünü və bütün quru, dəniz və hava sərhəd-keçid məntəqələrinə bilərziyin fotoşəklinin göndərildiyini bildirib.