Dünyanın ən sürətli pilotları sabah Bakı küçələrinə çıxacaq və onların təhlükəsizliyi üçün ən önəmli komanda artıq hazırdır - Formula 1 marşalları. Bu il 1 500-ə yaxın marşal Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-də iştirak edərək yarışın təhlükəsizliyini təmin edəcək.
Milli.Az xəbər verir ki, marşallar bu gün səhər saatlarından etibarən Atletlər kəndində yerləşən marşall düşərgələrindən tras ərazisinə yola düşüblər. Onlar artıq postlarına yerləşərək yarış günlərində qarşılaşa biləcəkləri bütün vəziyyətlərə hazırlaşırlar.
Marşallar müxtəlif funksional qruplara bölünür: yanğın marşalları, bayraq marşalları, track marşalları və digər dəstək komandaları. Hər bir qrupun özünəməxsus vəzifəsi var, amma hamısını birləşdirən əsas məqsəd - azarkeşlər və pilotlar üçün təhlükəsiz və problemsiz yarış atmosferi yaratmaqdır.
Bu gün onlar tras boyunca gəzərək öz postları ilə tanış olublar, təlimatlar alıblar və müxtəlif ssenarilər üzrə hazırlıq məşqləri keçiriblər. Hər bir marşalın rolu öncədən müəyyənləşdirilib və bütün fəaliyyətlər təhlükəsizliyin yüksək səviyyədə qorunmasına xidmət edir.
Formula 1 marşalları yalnız Azərbaycanda deyil, bütün dünyada könüllülük prinsipi əsasında fəaliyyət göstərir. Onların əksəriyyəti Formula 1-ə olan böyük sevgi və həyəcanla bu prosesə qoşulur. Bir çox marşal üçün bu, peşəkar karyeradan çox, fədakarlığın və motorsporta bağlılığın göstəricisidir.
Marşalların dəqiqliyi, intizamı və cəsarəti olmadan Formula 1 mümkün olmazdı. Onların səssiz zəhməti sayəsində pilotlar yüksək sürətdə mübarizə aparır, azarkeşlər isə trekin həyəcanını təhlükəsiz şəraitdə izləyə bilirlər.
Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025, 19-21 sentyabr tarixlərində Bakı şəhərinin mərkəzi küçələrində keçiriləcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)