RU

“Ermənistan bir çox məsələlərdə Azərbaycanla razılaşmaq məcburiyyətindədir” HƏRBİ EKSPERT

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ermənilər Zəngəzur və Göyçə bölgəsini tədricən tərk edir. Göyçənin Sotk və Tavuş rayonunun Movses kəndində işsizlik ciddi problemdir və bəzi sakinlər işləmək üçün xaricə üz tutur.

Görəsən bu proses sərhəd təhlükəsizliyində hansı riskləri yarada bilər?

Gununsesi.info-ya danışan hərbi ekspert Ədalət Verdiyev mövzunu belə şərh edib:

“Ermənistan Vətən müharibəsindəki məğlubiyyətindən sonra ağır yükü çiyinlərində çox çətinliklə daşıyır. Ermənistan əhalisinin Azərbaycanla həmsərhəd bölgələrdən, xüsusilə Zəngəzurdan köçməsi yeni bir məsələ deyil. Zəngəzur əvvəlcədən də boşalırdı və burada bir çox sosial problemlər mövcud idi.

Sərhəd bölgələrində Azərbaycanın üstün mövqelər əldə etməsi və Ermənistan ərazilərinin vizual müşahidə altında saxlanması oradakı əhalini narahat edir. Belə miqrasiya isə əsasən ölkədən çıxmaq istiqamətindədir, Ermənistanın dərinliyinə doğru deyil. Bu, ölkədə demoqrafik problemlərin yaranmasına səbəb olur. Məhz bu səbəblərdən Ermənistan hərbi xidmətə çağırışla bağlı qanunlarında dəyişiklik etməyə çalışır”.

Ekspert qeyd edib ki, hərbi xərclərin azaldılması məsələsi də Ermənistanda ciddi şəkildə müzakirə olunur:

“Ermənistanın sərhəd təhlükəsizliyini təmin etmək potensialı hətta müharibədən əvvəl də kifayət qədər deyildi; sərhədlər Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən qorunurdu və bu proses hələ də davam edir.

Rusiya ilə münasibətlərin pisləşməsi, Zəngəzur dəhlizinin açılması və Ermənistan ərazisindən keçən hissənin ABŞ-a icarəyə verilməsi əlavə gərginliklər yaradır. Hazırda Ermənistan həm hava məkanı, həm də sərhədləri baxımından zəif qorunur və potensial baxımından Azərbaycanla müqayisədə çox geri qalır. Eyni zamanda, şəxsi heyətin hərbi xidmətə cəlb olunması resursları da kifayət qədər zəifdir”.

Onun sözlərinə görə, Ermənistan bir çox məsələlərdə Azərbaycanla razılaşmaq məcburiyyətindədir.

“Bu məcburiyyət isə Ermənistanın sülhseverliyindən deyil, birbaşa müdafiə potensialının zəifləməsi ilə bağlıdır”-deyə o əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
icma.az

1Источники