RU

''Türkiyənin S-400-ləri xidmətdədir, dəyişiklik yoxdur''

Türkiyəyə tədarük edilən Rusiya istehsalı olan S-400 zenit-raket kompleksləri Türkiyə ordusunda fəal şəkildə yerləşdirilir.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Nazirliyindəki mənbələr Ankarada jurnalistlərə açıqlamasında bildirib.

"S-400 hava hücumundan müdafiə sistemləri hələ də silahlı qüvvələrimizdə xidmətdədir. S-400 ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır", - rəsmilər vurğulayıb.

Bu bəyanat Türkiyənin S-400-ləri Rusiyaya qaytarmağı və ya onları yenidən satmağı düşünə biləcəyi ilə bağlı mediada yayılan xəbərlərə cavab olaraq verilib.

Aminə ŞAHSUVARQIZI

Избранный
9
2
redaktor.az

3Источники