RU

Üzeyir Hacıbəyov dünyaya nəyi sübut etdi?

Dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyov Qarabağdan anadan olub və Bakı şəhərində yaşayaraq xalqın və mədəniyyətin inkişafına ömrünü verib. Müəllimlik fəaliyyətini burada da davam etdirir. "Bibiheybət" və "Səadət" məktəblərində bir neçə fəndən dərs deyir.
Amma Bakıya köçdüyü ilk illər olduqca çətin şəraitdə yaşayır. Ordan iş yerinə nəqliyyat olmadığına görə, yaşadığı yerdən işlədiyi məktəbə qədər olan 10 kilometrlik yolu piyada gedib-gəlmək məcburiyyətində qalır. Bakıda evi də olmayan Bəy operaları mehmanxanalarda otaq kirayə edib yazır. Maaşını verir ki, səs küy olmasın və otaqda böyük bir opera "Leyli və Məcnunu" yazır. Dünya bu gün də bu operanın təsiri altından çıxa bilmir hələ
Müəllim olaraq hər həftə evində Azərbaycan rayonlarından Bakıda təhsil alan tələbələri Qarabağ aşı bişirirək qonaq edən, onlara geyimlər alan Üzeyir bəy Azərbaycan musiqi mədəniyyətinin qurucusu olmuş, milli bəstəkarlıq məktəbinin təməlini qoymuşdur. O, Azərbaycan milli operasının, eləcə də Şərqdə ilk operanın banisidir.
Gənc milli kadrlar hazırlamaq məqsədilə musiqi məktəblərini, musiqi texnikumunu, Azərbaycan Dövlət Konservatoriyasını ərsəyə gətirdi. Bütün musiqi kollektivlərinin Xalq çalğı alətləri notlu orkestrını, Dövlət xorunu, simli kvarteti, simfonik orkestri, mahnı və rəqs amsamblını, sazçı qızlar dəstəsini təşkil etdi. Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoyaraq, çox sayda bəstəkar və musiqişünaslar nəsli yetişdirdi. Tələbələrindən Qara Qarayev, Fikrət Əmirov, Asəf Zeynallı, Niyazi, Tofiq Quliyev, Süleyman Ələsgərov və digərləri görkəmli bəstəkar və musiqişünas oldular.
O, müasirləşməyin yalnız qərbləşmək, avropalaşmaq olmadığını göstərdi. Bu gün Azərbaycan musiqisi və mədəniyyəti varsa onun banilərindən biri də Üzeyir bəy idi. Azərbaycan Cümhuriyyəti qurulmasında ailəvi iştirak etdilər. Himn yazdı, dövlət quruculuğunda iştirak etdi. Buna baxmayaraq bir müddət Azərbaycandan Qarabağlı olduğu üçün qovuldu, döyüldü, hər şeyi əlindən alındı, buna baxmayaraq Azərbaycanı sevdi, qorudu və dünyaya tanıtdı. Ona qarşı çıxış edən bəzi o dövrün jurnalistləri, neftxudaların pulu ilə yazı yazanlar Üzeyir bəyin Bakıdan getməsini tələb etdilər. Köçdü getdi və məlum oldu ki, mədəni cəhətdən Azərbaycan geri qalır və Azərbaycan adına görə geri gəldi və yazdı, yaratdı və Azərbaycanı dünyanın ən güclü bir mədəniyyət mərkəzi olduğunu sübut etdi. Onu o zaman tənqid edən neftxudaların jurnalistləri sonradan onun qarşısında baş əydilər..
Bolşeviklər hakimiyyətə gələndə heç kimə əyilməyən, heç kimdən qorxmayan cəsarətli publisist yazılarında daxildəki düşmənləri, hətta çar Rusiyasının fitnəkarlığını, Lenini və bolşevikləri də tənqid edirdi. Bir dəfə də ölkənin tanınmış 59 ziyalısının siyahısı NKVD-yə təqdim olunur. Bu siyahıda Üzeyir bəyin də adı var idi. Onu Nərimanov xilas edəndən sonra ömrünü maarifləndirmə və mədəniyyətin inkişafına həsr edir.
Ruhun şad olsun böyük Üzeyir bəy. Böyük Qarabağlı. Böyük Azərbaycanlı...
Zaur Əliyev, tarixçi
Избранный
11
news365.az

1Источники