RU

İkinci Liqa klubunun vitse prezidenti və 3 futbolçusu ağır cəzalandırıldı

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AFFA II Liqa təmsilçisi "Kür-Araz"ın 3 futbolçusunu və vitse-prezidentini 4 oyunluq cəzalandırıb.

Fanat.Az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

II turun "Göygöl" – "Kür-Araz" oyununun 62-ci dəqiqəsində qonaqların futbolçularından Elxan Məmmədov hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına, Elnur Məmmədovla Eltun Həsənli isə ikinci xəbərdarıq nəticəsində meydandan qovularkən hakimləri təhqir etdiklərinə görə cəzalandırılıblar. 

Həmçinin, klubun vitse-prezidenti Kenan Yıldız hakimləri təhqir etdiyinə görə 4 oyunluq diskvalifikasiya edilib. Bununla yanaşı, həm futbolçular, həm də klub rəsmisinin hərəkətlərinə görə "Kür-Araz" ümumilikdə 4000 manat cərimələnib.

İntizam Komitəsi sözügedən görüş bitdikdən sonra azarkeşləri meydana daxil olduğuna görə "Göygöl" komandasını da 250 manat cərimələyib.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
40
3
fanat.az

4Источники