RU

Qırğızıstan AEBA-nın əsas nüvə konvensiyalarına qoşulur

BAKI, 18 sentyabr. TELEQRAF

Qırğızıstanın təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Melis Maşiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Vyanada keçirilən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) 69-cu Baş Konfransında iştirak edib.

Teleqraf xəbər verir ki, plenar iclasda çıxış edən nazir Qırğızıstanın nüvə təhlükəsizliyinin məqsəd və prinsiplərinə sadiqliyini, atom enerjisinin dinc məqsədlərlə istifadəsi, nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi, nüvə silahının yayılmasının qarşısının alınması sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.

Konfrans çərçivəsində AEBA baş direktoru Rafael Qrossiyə Qırğızıstanın “Nüvə qəzası haqqında erkən məlumatlandırma haqqında” və “Nüvə qəzası və ya radioloji fövqəladə hallar zamanı yardım haqqında” konvensiyalara qoşulmasını təsdiqləyən sənədlərin təqdim edilməsi mərasimi keçirilib.

Qırğızıstan parlamenti Qırğızıstan və AEBA arasında Nüvə Silahlarının Yayılmaması Müqaviləsi ilə əlaqədar təminatlara dair sazişə yenilənmiş “Kiçik Miqdarlar Protokolu”nu təsdiqləyib.

Избранный
73
29
teleqraf.com

10Источники