RU

Kreml Dmitri Kozakın istefa verdiyini təsdiqləyib - Yenilənib

Kreml Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozakın istefa verdiyini təsdiqləyib...

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Kozakın könüllü olaraq istefa verdiyini deyib.

O, bununla bağlı Kremlin hələ fərman dərc etmədiyini açıqlayıb.

***

Dmitri Kozak Rusiya Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsindən istefa verib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Bildirilib ki, Kozakın Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsindən istefası qəbul edilib.

Qeyd edək ki, 1958-ci ildə Ukraynanın Kirovoqrad vilayətində doğulan
Dmitri Nikolayeviç Kozak müxtəlif vəzifələrdə çalışıb. Rusiya Baş nazirinin müavini, regional inkişaf naziri, Prezidenti Cənub dairəsi üzrə səlahiyyətli nümayəndəsi və digər yüksək postları tutan Kozak 2020-ci ildən Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, “The New York Times“ avqustun əvvəlində öz mənbələrinə istinadən yazıb ki, hələ 2022-ci ildə Kozak prezident Vladimir Putinə Ukraynaya qoşun yeritməməyi tövsiyə edib və 2025-ci ildə o, sülh danışıqlarına başlamağı və Rusiyada daxili islahatlar aparmağı, o cümlədən təhlükəsizlik qüvvələrini hökumətə tabe etməyi təklif edib.

Poliqon.info

Избранный
32
3
poliqon.info

7Источники