RU

Milli Məclisin sədri Malayziyanın Baş naziri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Malayziyanın Baş naziriƏnvər İbrahim ilə görüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Baş nazir Ənvər İbrahim Azərbaycan parlamentininspikerini salamlayaraq, AİPA- nın 46-cı Baş Assambleyasınınəhəmiyyətini qeyd edib və tədbirdə iştirakına görə Milli Məclisinsədrinə təşəkkürünü bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını və ən xoşarzularını çatdırmağı xahiş edib.

Söhbət zamanı Baş nazir Azərbaycanın dinamik inkişafınıizlədiklərini söyləyib, Azərbaycanın əldə etdiyi uğurların, xüsusəniqtisadi tərəqqinin, beynəlxalq nüfuzunun artmasının Malayziyanısevindirdiyini bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanla Malayziyaarasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrininəhəmiyyətini qeyd edib. Ölkələrimizin müxtəlif beynəlxalqtəşkilatlarda qarşılıqlı dəstəyindən məmnunluq ifadə olunub.

Görüşdə parlamentlərimiz arasında əməkdaşlıq məsələləri haqqındafikir mübadiləsi aparılıb. Qarşılıqlı səfərlər, parlamentüzvlərinin birgə fəaliyyəti ilə yanaşı, parlamentlərimizinQoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Parlamentlərarasıİttifaq, İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, AsiyaParlament Assambleyası kimi parlamentlərarası təşkilatlarçərçivəsində müsbət əməkdaşlığı da xüsusi vurğulanıb.

Söhbət zamanı Milli Məclisin sədri Azərbaycanın müxtəlifsahələrdə əldə etdiyi nailiyyətlər, işğaldan azad olunmuşərazilərimizdə həyata keçirilən nəhəng layihələr, keçmiş məcburiköçkünlərin öz yurdlarına qaytarılması istiqamətində görülən işlərhaqqında məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında dafikir mübadiləsi aparılıb.

Milli
Milli
Milli
Milli
Избранный
46
18
az.trend.az

10Источники