RU

Avstraliya Rusiya neftinin qiymətini endirib və "kölgə donanması"na qarşı sanksiyalar tətbiq edib

Avstraliya Rusiya neftinin maksimal qiymətini barelə görə 60 dollardan 47,60 dollara endirmək qərarına gəlib.

APA xəbər verir ki, bu barədə Avstraliya hökumətinin və Xarici İşlər Nazirliyinin saytları məlumat yayıb.

Məlumata görə, Xarici İşlər Nazirliyi bildirib ki, neftin maksimal qiymətinin barelə görə 60 dollardan 47,60 dollara endirilməsi Rusiya xam neftinin bazar dəyərinin azalmasına səbəb olacaq və Rusiya hərbi iqtisadiyyatının neft gəlirlərindən məhrum edilməsinə kömək edəcək.

Qeyd olunur ki, Avstraliya bu tədbirləri Avropa İttifaqı, Böyük Britaniya, Kanada, Yeni Zelandiya və Yaponiya ilə birlikdə həyata keçirir. Bundan əlavə, Avstraliya Rusiyadan neft və neft məhsullarının idxalına tam qadağa tətbiq edib.

Avstraliya eyni zamanda Rusiyanın “kölgə donanması”na aid əlavə 95 gəmi əleyhinə hədəfli sanksiyalar tətbiq edib. Ümumilikdə isə ölkə hökuməti 2025-ci ilin iyun ayından etibarən 150-dən çox gəmi əleyhinə məhdudiyyətləri rəsmiləşdirib.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Avstraliya hökumətinə və həmkarı Penni Vonqa Ukraynanı qətiyyətlə dəstəklədikləri və beynəlxalq hüquqa riayət etdikləri üçün təşəkkür edib.

Избранный
20
2
apa.az

3Источники