RU

Mabeldən mahnısının bloklanmasına reaksiya

Olay.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Mabeldən mahnısının bloklanmasına reaksiya

Türkiyəli müğənni Mabel Matiz “Perperişan” adlı mahnısına Ailə və Sosial Xidmətlər Nazirliyinin tələbi ilə məhdudiyyət tətbiq olunması ilə bağlı açıqlama yayıb.

OLAY yazır ki, mahnıya  girişin bloklanması qərarından sonra sənətçi sosial mediada bunları qeyd edib:

“Süfrədə bərəkət, küçədə salamatlıq, insanda dürüstlük və bunun kimi nə qədər dərdlərimiz olduğu halda, sanki başqa dərdimiz yoxmuş kimi, günlərdir yazdığım bir mahnının sözləri sosial mediada müzakirə olunur. Qəsdən, çox pis niyyətlə və sağlam düşüncəli bir insanın qəbul edə bilməyəcəyi formada sözlər başqa mənalara çəkilir. Təəccüblə izləyirəm. İnanıram ki, ictimai sakitliyimiz bir mahnı ilə pozula biləcək qədər kövrək deyil”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
30
1
olay.az

2Источники