RU

“Putinin atəşkəsə nail olmaq niyyəti olmayıb” POLİTOLOQ ŞƏRH ETDİ

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Tramp administrasiyası NATO müttəfiqləri tərəfindən maliyyələşdirilən Ukraynaya ilk hərbi yardım paketini təsdiqləyib.

Bu addım, müharibə fonunda Ukraynanın müdafiəsini gücləndirməyə yönəlib.

Hərbi yardım paketi, həmçinin regionda sabitliyin qorunmasına töhfə vermək məqsədi daşıyır.

Mövzu ilə bağlı  Gununsesi.info-ya danışan politoloq Həşim Səhrablı vurğulayıb ki, Tramp administrasiyası indi başa düşüb ki, Putinin ona verdiyi vədlər əvvəldən yalan idi:

“Putinin müharibəni bitirmək, ortaq mövqedə dayanmaq və ya sülh əldə etmək, atəşkəsə nail olmaq niyyəti olmayıb. Sadəcə, Putin Trampın sülh niyyətlərindən, razılaşmaya gəlmək istəklərindən və maraqlarından istifadə edərək müəyyən müddət qazanmağa nail olub.

Bu müddət ərzində ABŞ-nın Ukraynaya maddi-texniki dəstəyinin azalmasına səbəb olub və nəticədə cəbhədə mövqelərini gücləndirərək faktiki üstünlük əldə edib. Buna görə də Tramp administrasiyası düşünür ki, artıq Putinin bu oyununa qarşı öz cavab addımlarını atmalıdır”.

Politoloq bildirib ki, Tramp buna cavab olaraq Ukraynanın daha çox silahlandırılmasını və Rusiyaya bir növ mesaj verilməsini istəyir:

“Bu mesaj ondan ibarətdir ki, əgər ABŞ, başda Tramp olmaqla, istəsə, Ukraynaya elə bir güc və imkan verə bilər ki, bu da Rusiyanın maraqlarına ciddi zərbə vurar və onun mövqelərini sarsıdar.

Amma Trampın imza atdığı müqavilələr hələlik Ukraynanı Rusiya qarşısında qəti qalib edəcək səviyyədə deyil. Bu addımlar sadəcə status-kvonu qorumağa və Ukraynanın məğlubiyyətinin qarşısını almağa xidmət edir. Bu isə eyni zamanda Rusiyaya mesajdır ki, əgər ABŞ-ın şərtləri və təklifləri ilə razılaşmasan, biz Ukraynaya dəstəyi daha da artıra bilərik”.

Həşim Səhrablının fikrincə, artıq hər şey Rusiyanın atacağı addımlardan asılı olacaq.

“Əgər Putin yeni bir oyun qura bilməsə, Trampı yenidən aldadaraq vaxt udmasa və razılaşma əldə olunmasa, o halda növbəti mərhələdə ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını gücləndirdiyini və Ukraynanı silahlandırmaq siyasətini daha da sərtləşdirdiyini görə bilərik.

Çünki Trampın qarşısında əsas hədəf Çin dayanır və o hədəfə çatmaq üçün əvvəlcə Avropanı səfərbər etməlidir. Avropada isə Ukrayna kartından istifadə edərək ilk növbədə bu müharibənin dayandırılmasını və qitənin ümumi təhlükəsizliyinin təmin edilməsini tələb edir.

Buna görə də ABŞ-nın səbri tükənmək üzrədir”.

Politoluqun sözlərinə görə, qlobal arenada rolunun azalması müşahidə olunur və əgər Tramp administrasiyası bu vəziyyətdən çıxış yolu tapa bilməsə, digər administrasiya dövründə ABŞ artıq daha radikal addımlar atmalı olacaq.

Gülxanım Əliyeva

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
icma.az

1Источники