RU

Baş nazir TDT hökumət başçılarının görüşündə iştirak etdi Birgə Bəyanat qəbul olundu

Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.

Sentyabrın 18-də Qırğız Respublikasının Bişkek şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin görüşü keçirilib.

Nazirlər Kabinetinn Mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, Baş nazir Əli Əsədov görüşdə iştirak edib.

Tədbirdə çıxış edən Ə.Əsədov Türk dövlətlərinin səylərinin birləşdirilməsinin sabitlik, təhlükəsizlik və rifahın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüşün nəticələrinə dair Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin Birgə Bəyanatı qəbul edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
5
modern.az

6Источники