RU

Avropada nüvə müharibəsi gərginliyi başladı Hədəf təkcə Rusiya deyil...

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Polşa Prezidenti Karol Navroçki bildirib ki, ölkəsi xarici nüvə silahlarını öz ərazisində yerləşdirmək imkanına malik olmalıdır. Navroçkinin fikrincə, Polşanın həmçinin öz nüvə potensialı olmalıdır. O, xüsusən mülki nüvə enerjisinin rolunu qeyd edib.

Sitat:

“Polşa nüvə silahının birgə istifadəsi proqramında iştirak etməlidir və biz buna hazır olduğumuzu hiss edirik”, – Prezident vurğulayıb.

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Navroçkinin bu açıqlamaları regional münasibətlər sistemindəki nüvə təhlükəsizliyi və geosiyasi balans nöqteyi-nəzərindən kifayət qədər önəmli dönüş nöqtəsi kimi dəyərləndirilə bilər:

“Belə ki, Navroçkinin Polşanın xarici nüvə silahlarını öz ərazisində yerləşdirməyə hazır olması ilə bağlı fikirləri Avropada Rusiyanın nüvə təhdidinə qarşı yanaşmalarım daha da gücləndiyini nümayiş etdirən bariz nümunədir. Eləcə də NATO daxilində nüvə silahlarının birgə istifadəsi proqramına Polşanın daha fəal şəkildə qoşulmaq niyyətinin aydın ifadəsidir.

Aytən Qurbanova

Heç şübhəsiz ki, bu çıxışlar Polşanın regional təhlükəsizlik arxitekturasında öz mövqeyini gücləndirmək hədəfi ilə yanaşı, onun mülki nüvə enerjisindən strateji məqsədlərlə istifadə edərək enerji müstəqilliyini artırmaq istəyi ilə bağlıdır. Beləliklə də, potensial hərbi nüvə proqramının bazası formalaşdırıla bilər. Digər tərəfdən isə belə çağırışlar Avropada nüvə silahlarının yayılmasının qarşısını almaq məqsədi ilə qəbul edilmiş beynəlxalq müqavilələrlə bağlı müzakirələri yenidən aktuallaşdırır.

Nəticə etibarilə, Polşanın nüvə siyasətindəki bu dəyişikliklər ölkənin milli təhlükəsizlik strategiyasının yenilənməsi və xüsusilə də, Avropa və NATO daxilində Rusiyaya qarşı mövqeyin sərtləşməsi kontekstində qiymətləndirilə bilər. Düşünürəm ki, bu da öz növbəsində regiondakı nüvə balansının və təhlükəsizlik mühitinin daha da mürəkkəbləşməsinə gətirib çıxara bilər”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
globalinfo.az

1Источники