RU

Yer Günəşin təsir zonasından çıxır: Qasırğa riski azalır

Azpost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Alimlər Yer kürəsinin yaxın saatlarda Günəşdə yaranmış koronal dəliyin təsirindən tamamilə çıxacağını açıqlayıblar.

AzPost xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ RAN) Günəş astronomiyası laboratoriyası məlumat yayıb. Bildirilib ki, 18 sentyabr axşamına qədər planetimiz böyük koronal dəlikdən gələn pozulmuş plazma axınının təsirindən uzaqlaşacaq.

Mütəxəssislərin sözlərinə görə, bu gün ərzində hələ də zəif geomaqnit narahatlıqlarının baş vermə ehtimalı qalır. Lakin sabahdan etibarən risk tamamilə aradan qalxacaq.

Alimlər qeyd ediblər ki, yaxın günlərdə yeni maqnit qasırğaları gözlənilmir. Bu isə həm texnoloji sistemlər, həm də həssas insan orqanizmləri üçün daha sakit dövrün başlanması deməkdir.

Xatırladaq ki, Günəşdəki koronal dəliklərdən çıxan plazma axınları Yerə çatanda qısa müddətli maqnit qasırğaları yarada və rabitə, naviqasiya sistemlərinə təsir göstərə bilər.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
81
1
azpost.info

2Источники