RU

"Sən onun adını deyəndə mən xəcalət çəkirəm"

Əməkdar artist Bəsdi Sevdiyeva bəzi yeni ifaçılara əsəbiləşib. 
 
Moderator.az xəbər verir ki, müğənni "Günə uğurla" proqramında onların böyük sənətkarların adını çəkməsini tənqid edib:
 
"Hansısa müğənni çıxıb oxuyur. Elə bir sənətkarın adını çəkir ki... Deyir, onun sinfini bitirmişəm. Nəhəng sənətkar həyatda yoxdur. Axı səndə ondan bir faiz əsər-əlamət yoxdur. Ağzına gələni oxuyur, filankəsin tələbəsi olduğunu deyir. Mən xəcalət çəkirəm onun adını çəkəndə. Axı filankəs nəhəng sənətkardır. Elə-belə tələbəsi ola bilər". 
Избранный
18
4
moderator.az

5Источники