RU

Vaşinqtonda Trampın qızıl heykəli ucaldılıb - VİDEO

Vaşinqtonda Kapitolinin qarşısında ABŞ prezidenti Donald Trampın qızıl heykəli ucaldılıb.

Bakıvaxtı.az "ABC 7" telekanalına istinadən xəbər verir ki, Amerika lideri gülümsəyən və əlində "Bitcoin" simvolu həkk olunmuş nəhəng sikkə ilə təsvir olunub. 

Dörd metr hündürlüyündə Tramp heykəlinin quraşdırılmasının investorlar tərəfindən maliyyələşdirildiyi bildirilir.

Kripto investisiya icmasının nümayəndəsi Hiçem Zaqdoudinin sözlərinə görə, bu heykəl quraşdırma milli valyutanın gələcəyi ilə bağlı müzakirələri stimullaşdırmaq məqsədi daşıyır, müasir siyasət və maliyyə innovasiyası arasındakı əlaqəni simvollaşdırır.

"Bu abidə amerikalıları kriptovalyutanın dünyada artan təsirini nəzərə almağa sövq edəcək".

Trampın abidəsi cəmi bir günə ucaldılıb. Heykəlin gələcək taleyi açıqlanmır.

Gülşən Şərif

 

 
Избранный
17
bakivaxti.az

1Источники