RU

Makron Azərbaycana axırıncı pisliyini də etdi

Fransa Milli Assambleyası növbəti dəfə erməni separatçılara “qucaq açıb” - sərt etiraz

Fransa Milli Assambleyası növbəti dəfə erməni separatçılara “qucaq açıb”. Tribunainfo.az-ın məlumatına görə, parlamentdə qondarma  “artsax /Dağlıq Qarabağ/, etnik təmizləmədən iki il sonra” təxribatçı mövzusunda konfrans keçiriləcək. 

 Tədbir deputat, Fransa-Ermənistan dostluq qrupunun vitse-prezidenti Emmanuel Mandonun təşəbbüsü ilə təşkil olunacaq. Konfransda Fransa, İsveçrə və Avropa parlamentlərinin üzvləri, yerli hakimiyyət orqanlarının nümayəndələri, diplomatlar, universitet tələbələri və jurnalistlər iştirak edəcək.

Ali dəyərlərdən dəm vuran, digər dövlətlərə və xalqlara dərs keçməyə çalışan Fransa xarici və daxili siyasətdə uğursuzluqlar yaşayır. İndiki rəhbərliyin yarıtmaz siyasətinin nəticəsidir ki, ölkə problemlərdən çıxa bilmir. Bunun da tək bir səbəbi var - ədalətsiz və qərəzli mövqe.

Qarabağ müharibəsində əldə etdiyi qələbə ilə ərazi bütövlüyünü bərpa edən Azərbaycana qarşı yürütdüyü siyasət də bu qəbildəndir. Emmanuel Makronun Fransası məhz bu qələbədən sonra qlobal erməni şəbəkəsi ilə birlikdə yeni mübarizəyə start verdi. Son beş ildə ölkəmizə qarşı beynəlxalq hüquq müstəvisində və informasiya cəbhəsində irimiqyaslı şər-böhtan kampaniyası aparılır.

Fransa həm öz qanunverici orqanları, həm də üzv olduğu bütün beynəlxalq təşkilatlar vasitəsilə anti-Azərbaycan gündəliyini irəli aparmağa çalışır. Ölkəmizə qarşı qətnamə layihələri irəli sürür, yalan və böhtanlarla dolu informasiya müharibəsi aparır, Ermənistanı müasir hücum silahları ilə təchiz edərək regionumuzda militarizasiya siyasətini həyata keçirir.

Maraqlıdır ki, Fransanın anti-Azərbaycan təşəbbüsləri dəfələrlə uğursuz nəticələnsə də, geri çəkilmir. Faktlara müraciət edək. 2020-ci ilin oktyabrında BMT Təhlükəsizlik Şurasında (TŞ) Fransa tərəfindən də dəstəklənən TŞ sədrinin bəyanatı fiasko ilə nəticələnib. 2021-ci ilin iyununda BMT TŞ-də Fransa tərəfindən qətnamə layihəsi qeyri-rəsmi irəli sürülüb, lakin bu layihəni irəlilətmək mümkün olmayıb. 2022-ci il sentyabrın 13-də Ermənistanın müraciəti və Fransanın birbaşa dəstəyi ilə BMT TŞ-nin Azərbaycan-Ermənistan mövzusunda açıq müzakirələri keçirilib. Fransa TŞ adından mətbuat bəyanatının qəbul edilməsi təşəbbüsünü irəli sürsə də, buna da nail olmayıb. 2022-ci il dekabrın 20-də Laçın yolunun “bağlanması” ilə əlaqədar Ermənistanın rəsmi müraciəti ilə BMT TŞ-nin açıq müzakirələri keçirilib və iclasda Fransa TŞ Sədrinin Bəyanatının qəbul edilməsi təşəbbüsünü elan edib. Fransa Senatı və Milli Assambleyasında anti-Azərbaycan qətnamələr qəbul olunub. 

Fransa hakimiyyəti yenidən gərginlik yaratmaq, sülhü əngəlləmək üçün  müxtəlif vasitələrə əl atır. İyulun 22-də bu ölkənin Milli Assambleyasında Respublikaçılar Partiyasının təşəbbüsü ilə antiAzərbaycan məzmunu daşıyan qətnamə layihəsinin irəli sürülməsində də məqsəd məhz budur. İndi ki ortada artıq paraflanmış sülh sazişi var, Paşinyan Qarabağın Azərbaycana aid olduğunu qəbul edib, Fransa parlamenti isə “artsax” mövzusunda konfrans keçirir...

Bundan

Şəhla Cəlilzad

Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, beynəlxalq münasibətlər üzrə ekspert Şəhla Cəlilzadə “Yeni Müsavat”a  bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh yaxınlaşdıqca qlobal erməni şəbəkəsinin təşəbbüsləri də genişlənir: “İsveçrə Sülh Təşəbbüsü”, bu qrupun təşəbbüsü ilə ABŞ Konqresində keçirilən dinləmələr, 87 ABŞ konqresmeninin Dövlət Departamentinə ünvanlandığı müraciət, Britaniya parlamentində bu qrup tərəfindən aparılan iş və nəticə etibarilə Dini etiqad azadlığı üzrə parlament ittifaqında 100 parlamentarinin iştirakı ilə bəyan edilən hökumətə çağırış, Belçika parlamentində qəbul edilən anti-Azərbaycan çağırışları, 2025-ci ilin mart ayında Avropa Parlamentində Azərbaycanda saxlanan keçmiş qondarma rejimin üzvləri, siyasi-hərbi elitasının, hərbi cinayətkarların azad edilməsinə çağırış edən qətnaməyə daha biri - Fransa parlamentində iyulun 22-də təqdim edilən qətnamə də əlavə olunub. Təəssüf ki, Azərbaycanla Ermənistan sülhü təsis etməkdə ikən qlobal erməni şəbəkəsi, revanşist qüvvələr və onların qlobal havadarları bu sülhü pozmaq üçün əllərindən gələni etməyə çalışırlar. Bu çərçivədə Azərbaycanın işğaldan azad etdiyi ərazilər “artsax respublikası” və ətraf ərazilər adlandırılır, Azərbaycana qarşı müxtəlif çağırışlar olur, cümlədən Qarabağ ermənilərinin geridönüş məsələsi gündəmə gətirilir. Belə təşəbbüslər 2024-cü ilin sentyabr ayında ABŞ Konqresinə təqdim olunan “artsaxın müdafiəsi akt”ı kimi qəbul edilməyən qətnamə layihəsindən başqa heç nə deyil. Bununla yanaşı, qlobal müstəvidə Azərbaycanla Ermənistan arasında sülhü bərqərar etməyə çalışan sülhyönümlü təşəbbüslərin fonunda suyu bulandırma və prosesə zərər vurmaq məqsədi daşıyır". 

Onun sözlərinə görə, Fransa hakimiyyətində qlobal revanşist qüvvələrin dəstəkçiləri çoxdur: “Məhz buna görə də bu ölkənin müvafiq qüvvələri bu cür təşəbbüsləri irəli sürməyə çalışırlar. Lakin bu təşəbbüslər heç bir nəticə verməyəcək. Xüsusilə 8 avqust Vaşinqtonda sülh sazişi paraflandıqdan sonra bu aydın göründü. Belə ki, "İsveçrə Sülh Təşəbbüsü" keçmiş qondarma rejim nümayəndəliyinin Azərbaycan tərəfi ilə görüşünün təşkili və Qarabağ ermənilərinin geridönüşünün həyata keçirilməsi üçün “sülh forumu”nun çağırılması məqsədilə ortaya atılıb. Onların fəaliyyəti bu il xüsusilə aktiv olub. Bu təşəbbüs demək olar ki, uğursuzluğa düçar olub. Beləliklə, bu cür təşəbbüslərin, xüsusilə 8 avqust Vaşinqton zirvəsindən sonra hər hansı əhəmiyyətinin olmadığı, nəticə verməyəcəyi məlumdur".  

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Избранный
8
2
musavat.com

3Источники