Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Rusiyanın beynəlxalq axtarışa verdiyi azərbaycanlı dəstə lideri Bakıda saxlanılıb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, cinayətkar qruplaşma rəhbəri narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində cinayətlərin törədilməsində ittiham olunur.
O, Krasnoyarskda yaşayan 58 yaşlı Azərbaycan əsilli şəxsdir. O, 2020-ci ildə Tuva Respublikasından Krasnoyarsk diyarına həşiş gətirib satmaq məqsədilə cinayətkar qrup təşkil edib.
2020-ci ilin sentyabr ayında Tuva Respublikasının DİN Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin cinayətkar birliyin fəaliyyəti dayandırılıb. Dəstə barəsində Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və 228.1-ci maddəsinin 4-cü hissəsi ilə cinayət işi başlanıb.
Lakin dəstə başçısı istintaq orqanlarından gizlənərək Azərbaycan Respublikasına qaçıb. Onun barəsində beynəlxalq axtarış elan olunub və qiyabi olaraq həbs qətimkan tədbiri seçilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası DİN əməkdaşları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində 5 ildir beynəlxalq axtarışda olan şəxs Bakıda saxlanılıb. O, Rusiyaya gətirilib və Tuva Respublikasındakı istintaq təcridxanasına yerləşdirilib. İttiham aktı prokuror tərəfindən təsdiqləndikdən sonra cinayət işi təqsirləndirilən şəxs barəsində mahiyyəti üzrə baxılması üçün Piy-Xem rayon məhkəməsinə göndərilib.
Qrupun digər 3 üzvü də cinayət məsuliyyətinə cəlb olunaraq cəza alıblar.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.