RU

Bu dövlətlər Ukrayna üçün birləşdi KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat yayır.

Analitiklər Kral III Çarlzın həyat yoldaşının göy, Melaniya Trampın isə sarı paltar geyinməsini Ukraynaya dəstək jesti kimi dəyərləndiriblər. Maraqlıdır, bu cür simvolik mesajlar beynəlxalq siyasətdə real təsir gücünə malikdirmi?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki, qlobal siyasət məkanında bəzən simvolik mesajlardan istifadə olunur:

“ABŞ Ukraynanı dəstəkləməyə məcbur olan dövlətlərin siyahısına daxildir. Böyük Britaniya isə Rusiyaya qarşı ən sərt və radikal mövqedə dayanan ölkələrdən biridir. Bu baxımdan, hər iki ölkəni təmsil edən xanımlar üzərindən müəyyən qlobal simvolik mesaj verilməsi mümkündür. ABŞ, Böyük Britaniyanın Ukraynaya dəstək verdiyini yaxşı bilir və ona görə də, yaxın mövqedən çıxış etməyə məcburdur”.

Politoloq qeyd edib ki, əgər hər iki dövlət Ukraynaya dəstək məsələsində yeni addımlar atmaq niyyətində ortaq mövqeyə gəlsə, bu cür simvolik mesajların da müəyyən dərəcədə əhəmiyyəti olacaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
1
konkret.az

2Источники