RU

Pentaqon 35 min əsgəri küçələrə yerləşdirib: ABŞ-da nədən qorxurlar?

ABŞ şəhərlərində yerləşdirilən Amerika hərbçilərinin sayı iyul ayından bu yana 75% artaraq 35 minə çatıb.

Onlar ölkə daxilində immiqrasiya əleyhinə proqramlarda iştirak edirlər.

Publika.az xəbər verir ki, bu barədə sentyabrın 18-də Pentaqondan məlumat alan “The Intercept” məlumat yayıb.

ABŞ prezidenti Donald Trampın qərarından sonra Ordu, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Dəniz Piyadaları Korpusu və Milli Qvardiyanın qoşunları ən azı beş ştatın bir neçə şəhərinə – Arizona, Kaliforniya, Nyu-Meksiko, Texas və Florida ştatlarına yerləşdirilib. Bununla belə, mənbə vurğulayır ki, yerləşdirilən qoşunların faktiki sayı xeyli çox ola bilər.

Bir çox amerikalı ekspertlər vurğulayırlar ki, hərbçilərin ABŞ ərazisində geniş istifadəsi ölkə daxilində qanun və asayişi qorumaq üçün federal qüvvələrdən istifadəni qadağan edən qanunun kobud şəkildə pozulmasıdır. “The Intercept” yazır ki, qoşunların yeridilməsi “ABŞ-ı əsl polis dövlətinə yaxınlaşdırır”. Bundan əlavə, portal hesab edir ki, qoşunların yerləşdirilməsinin maliyyə xərcləri astronomik ola bilər və yüz milyonlarla, hətta milyardlarla dollara çata bilər. Məqalədə Pentaqonun bu xərcləri gizlətdiyi vurğulanır.

Избранный
33
publika.az

1Источники