Son illər paytaxtda nəqliyyatın hərəkəti çətinləşib. Bunun bir çox adekvat səbəbləri olsa da, mühüm amillərdən biri avtomobillərin sayının artmasıdır.
Bəs əvvəlki illərlə müqayisədə avtomobillərin sayında artım nə qədərdir?
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatlarına istinadən hazırladığı məlumatı təqdim edir.
Son dörd ilin müqayisə etsək, 2020-ci ildə Azərbaycanda minik avtomobillərinin sayı 1 496 267 ədəd olub, 2024-cü ildə isə bu rəqəm 1 873 405 ədədə çatıb.
2024-cü ildə ən çox istifadə olunan 10 avtomobil markası:
1. “Mercedes-Benz” – 220 242 ədəd;
2. VAZ-2101, 03-06 – 199 068 ədəd;
3. VAZ-2105, 2107 və modifikasiyaları – 126 469 ədəd;
4. “Toyota” – 115 151 ədəd;
5. KIA – 97 753 ədəd;
6. “Opel” – 72 044 ədəd;
7. VAZ-2121 və modifikasiyaları – 36 131 ədəd;
8. BMW – 44 584 ədəd;
9. “Nissan” – 48 475 ədəd;
10. “Chevrolet” – 54 973 ədəd.
Ən az istifadə olunan 10 avtomobil markası:
1. “Rolls Royce” – 74 ədəd;
2. “Range Rover” – 91 ədəd;
3. “Isuzu” – 99 ədəd;
4. “Buick” – 124 ədəd;
5. “Alfa Romeo” – 269 ədəd;
6. GMC – 323 ədəd;
7. “Citroen” – 336 ədəd;
8. “Hummer” – 349 ədəd;
9. “Bentley” – 371 ədəd;
10. “Mini Cooper” – 404 ədəd.
Qeyd edək ki, taksi xidmətində tez-tez rast gəlinən Çin markası olan BYD 2024-cü ildə 4 083, “Changan” isə 8 950 ədəd olub. Eyni dövrdə ölkədə minik avtomobillərinin arasında elektrik mühərrikli avtomobillərin sayı 5 941, hibrid avtomobillər isə 66 385 ədəd təşkil edib. Hibrid avtomobillərdən plagin hibridlərin sayı 9 749-dur.
Hesabat ilində hər 1 000 nəfərə düşən bütün avtomobillərin sayı 179, hər 1000 nəfərə düşən minik avtomobillərinin sayı isə 155 olub.