RU

Sinif yoldaşını qətlə yetirən yeniyetmənin məhkəməsi yekunlaşıb

Sinif
Dostu və sinif yoldaşı olmuş yeniyetməni qətlə yetirməkdə təqsirləndirilən 16 yaşlı Ceyhun Nəcəfovun (ad-soyad şərtidir) məhkəməsi yekunlaşıb. 1news.az-ın “Qafqazinfo”ya istinadən əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə yeniyetmə Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.
Belə ki, qətl hadisəsi ötən ilin 1 oktyabr tarixində Şəmkirin Mahmudlu kəndində qeydə alınıb. Məlum olub ki, öldürülən 2008-ci il təvəllüdlü İlham Abdullayevlə Ceyhun Nəcəfov orta məktəbdə bir sinifdə oxuyublar. İlham keçən il 9-cu sinfi bitirdikdən sonra təhsilini Şəmkir Peşə Liseyində davam etdirib. Hadisə isə Ceyhunun İlhama etdiyi zarafata görə baş verib. Belə ki, qətldən 2 gün əvvəl Ceyhun çırtladığı tumu İlhamın üzünə atıb və tərəflər arasında münaqişə olub. Onların davası növbəti günlərdə də davam edib və Ceyhun özü ilə gətirdiyi bıçaqla küçədə İlhamı vuraraq qaçıb. Mərhumun anası bildirib ki, hadisə vaxtı Ceyhuna başqa bir dostu da kömək edib. O həmin şəxsin də məsuliyyətə cəlb edilməsini tələb edib və Ceyhuna ömürlük həbs verilməsini istəyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Nəcəfova 7 il 6 ay həbs cəzası verilib.

Избранный
35
15
1news.az

10Источники