Bakı. Trend:
Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyiciqurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində(İKTA) internet telekommunikasiya xidmətləri göstərən operatorlarınvə provayderlərin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.
Tədbirdə İnformasiya Təhlükəsizliyi üzrə KoordinasiyaKomissiyasının tərkibində təmsil olunan hüquq-mühafizə orqanlarınınvə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında ElektronTəhlükəsizlik Xidmətinin nümayəndələri, eyni zamanda internettelekommunikasiya xidmətləri göstərən operator və provayderlərintəmsilçiləri iştirak ediblər.
Müzakirələrdə telekommunikasiya xidmətləri üzrə məlumatlarınemalı, mühafizəsi və qanunvericilikdə nəzərdə tutulmuş müddətbitənədək saxlanılması məsələləri gündəmə gətirilib.Qanunvericiliyin tələblərinin icrasının zəruriliyi bir dahavurğulanaraq bildirilib ki, “Telekommunikasiya haqqında” AzərbaycanRespublikası Qanununun 48-ci maddəsinə əməl edilməməsikibercinayətlərin vaxtında aşkarlanmasına mane olur və inzibatiməsuliyyət yarada bilər.
Görüşdə, həmçinin operator və provayderlərin uçota alınması,müvafiq öhdəliklərin icrası və informasiya təhlükəsizliyinintəmininə dair vəzifələri müzakirə olunub. İştirakçılar şəbəkəinfrastrukturunun tələblərə uyğun olduğunu qeyd etməklə yanaşı,məlumatların qorunması və saxlanması zamanı üzləşdikləriçətinliklər barədə də fikir mübadiləsi aparıblar.
Vurğulanıb ki, internetdə informasiya təhlükəsizliyinin təşviqigücləndirilməlidir. Xüsusilə fərdi evlərdə, mənzillərdə vəmüəssisələrdə “Wi-Fi” şəbəkələrinin qurulması zamanı təhlükəsizlikqaydalarına riayət olunmaması ciddi risklər yaradır. Sadə və uzunmüddət dəyişdirilməyən şifrlər şəbəkələrin asanlıqla sındırılmasınasəbəb olur. Bəzi hallarda isə istifadəçilər şifrsiz internetdənyararlanırlar.
Görüşün yekununda operator və provayderlərin qanunvericiliyintələblərini daima nəzarətdə saxlamaları, informasiyatəhlükəsizliyinin təmini üçün maarifləndirici fəaliyyətlərigenişləndirməsi və istifadəçilərin təhlükəsizlik qaydaları barədəməlumatlandırılmasının gücləndirilməsi barədə razılıq əldəolunub.