Rusiya Sərhəd Xidmətinin Rəsul Həmzətov gəmisi Bakı portuna yanaşacaq.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib.
Onun sözlərinə görə, sentyabrın 23-25-də Rusiyanın sərhəd gözətçi gəmisi Bakı limanına səfər edəcək.
Zaxarova qeyd edib ki, proqrama iki ölkənin sərhəd xidmətləri arasında təmaslar daxildir.