RU

Rusiya Ukraynaya daha 1 000 hərbçinin cəsədini təhvil verdi

Rusiya Ukraynaya daha 1 000 hərbçinin cəsədini təhvil verib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Hərbi əsirlərlə iş üzrə Koordinasiya Qərargahı məlumat yayıb.

Bildirilib ki, yaxın günlərdə aidiyyəti orqanlar ekspertiza və həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi işlərini həyata keçirəcək.

Sonuncu dəfə avqustun 19-da eyni sayda – 1 000 ukraynalı hərbçinin cəsədinin geri qaytarıldığı barədə məlumat yayılmışdı. O zaman qeyd olunmuşdu ki, Kiyev qarşı tərəfə 19 rus hərbçisinin cəsədini təhvil vermişdi.

Bizim.Media

Избранный
9
bizim.media

1Источники