RU

Elnur Rzayev Həsənqala kəndində səyyar qəbul keçirib – FOTOLAR

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin, yerli hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Həsənqala kəndində səyyar qəbul təşkil olunub.
Görüş iştirakçıları əvvəlcə şəhidlər abidəsini ziyarət edərək üzərinə gül dəstələri qoyub, Vətən uğrunda canlarından keçmiş qəhrəmanların əziz xatirəsini ehtiramla yad ediblər.
Qəbulda Qusarçay İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Həsənqala, Qusarçay, Ağaverdioba və Balaqusarqışlaq kəndlərinin sakinləri iştirak ediblər.
Sakinlər əvvəlki səyyar qəbullarda səsləndirilən bəzi müraciətlərin həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər. Həmçinin elektrik təsərrüfatı, su təchizatı və məktəb binasının təmiri ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir çox müraciətlər yerindəcə həll olunub.
 
Избранный
12
7times.az

1Источники