RU

Venesuela Karib hövzəsində hərbi təlimlərə başlayır

525.az saytına istinadən ain.az xəbər verir.

Venesuela Karib hövzəsində hərbi təlimlərə başlayır.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Vladimir Padrino Lopez deyib. O bildirib ki, “Suveren Karib 200” (Caribe Soberono 200) hərbi təlimi Karib dənizindəki Orçila adasında keçiriləcək. Lopez təlimin üç gün davam edəcəyini və 2500-dən çox əsgərin iştirak edəcəyini söyləyib.

Müdafiə nazirinin sözlərinə görə, prezident Nikolas Maduronun rəhbərliyi altında keçiriləcək “Suveren Karib 200” təlimində müxtəlif dərəcəli Bolivar Hərbi Dəniz Qüvvələrinin 12 gəmisi, 22 təyyarə, xüsusi təyinatlılar, kəşfiyyat bölmələri, sualtı qayıqlar və pilotsuz təyyarələr iştirak edəcək. O əlavə edib ki, Karib dənizində silahlı münaqişə ehtimalına qarşı “hərbi tədbirlər ikiqat artırılacaq”.

Lopez Karib bölgəsində ABŞ ilə yaşanan gərginliyə toxunaraq deyib: “Bu xüsusi dövrdə səylərimizi ikiqat artırmalı, əməliyyat hazırlığımızı artırmalı və dənizdə silahlı qarşıdurma ssenarisinə hazır olmalıyıq. Bizim etdiyimiz də budur”.

Venesuelanın daxili işlər və ədliyyə naziri Diosdado Kabello da paytaxt Karakasda keçirdiyi mətbuat konfransında ABŞ-ı hədəfə alıb. Kabello ABŞ prezidenti Donald Trampın Venesueladan yola düşən narkotik yüklü qayığın beynəlxalq sularda vurulması ilə bağlı açıqlamasına cavab verib. ABŞ-ın bir balıqçı gəmisinə "qanunsuz" və "düşməncə" müdaxilə etdiyini iddia edən Labello, məsələni Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) çatdıracaqlarını söyləyib.

Xatırladaq ki, ABŞ prezidenti Tramp Venesueladan yola düşən narkotik yüklü qayıqda olan 3 nəfərin beynəlxalq sularda öldürüldüyünü açıqlayıb.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
525.az

1Источники