Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin avqust ayında sabit genişzolaqlı internetin sürətinə görə dünya ölkələri arasında birinci yeri Sinqapur (394.3 Mbps) tutub.
Banco.az internetin sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan "Speedtest"ə istinadən xəbər verir ki, ötən ay Çili (347.4 Mbps) ikinci, Honkonq (Çinin xüsusi inzibati rayonu) (332.7 Mbps) üçüncü olub.
154 ölkə arasında sonuncu yerdə Suriya (3.35 Mbps) qərarlaşıb. Azərbaycan isə bu siyahıda 76-cı (83.95 Mbps) olub.
Genişzolaqlı internetin ən sürətli olduğu 10 ölkə bunlardır (Avqust, 2025):
- Sinqapur – 394.30 Mbps
- Çili – 347.40 Mbps
- Honkonq (Çinin xüsusi inzibati rayonu) – 332.66 Mbps
- BƏƏ – 327.56 Mbps
- Fransa – 307.96 Mbps
- Makao (Çinin xüsusi inzibati rayonu) – 305.33 Mbps
- ABŞ – 285.59 Mbps
- İslandiya – 262.98 Mbps
- Tayland – 262.42 Mbps
- Vyetnam – 261.80 Mbps
Bizi sosial şəbəkələrdən izləyin!!