ain.az, Banco.az portalına istinadən məlumat yayır.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin avqust ayında sabit genişzolaqlı internetin sürətinə görə dünya ölkələri arasında birinci yeri Sinqapur (394.3 Mbps) tutub.
Banco.az internetin sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan "Speedtest"ə istinadən xəbər verir ki, ötən ay Çili (347.4 Mbps) ikinci, Honkonq (Çinin xüsusi inzibati rayonu) (332.7 Mbps) üçüncü olub.
154 ölkə arasında sonuncu yerdə Suriya (3.35 Mbps) qərarlaşıb. Azərbaycan isə bu siyahıda 76-cı (83.95 Mbps) olub.
Genişzolaqlı internetin ən sürətli olduğu 10 ölkə bunlardır (Avqust, 2025):
Sinqapur – 394.30 Mbps
Çili – 347.40 Mbps
Honkonq (Çinin xüsusi inzibati rayonu) – 332.66 Mbps
BƏƏ – 327.56 Mbps
Fransa – 307.96 Mbps
Makao (Çinin xüsusi inzibati rayonu) – 305.33 Mbps
ABŞ – 285.59 Mbps
İslandiya – 262.98 Mbps
Tayland – 262.42 Mbps
Vyetnam – 261.80 Mbps
Bizi sosial şəbəkələrdən izləyin!!
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.