Prodüser Təranə Səmədovanın ötən günə təyin edilən məhkəməsi təxirə salınıb.
OLAY Axşam.az-a istinadən yazır ki, bu haqda "Təsir dairəsi" verilişində deyilib. Aparıcı Lalə Azərtaş bildirib ki, məhkəmədə Təranənin azadlığa buraxılacağını ümid edib.
Məhkəmənin təxirə salınmasına səbəb isə Ali Məhkəmədə bununla bağlı işi aparan hakim Tahir Kazımovun fəaliyyət yaşının tamam olması və təqaüdə göndərilməsi olub. Onun icratında olan işlər digər hakimlərə həvalə olunacaq. Bu səbəbdən iş təxirə salınıb. Növbəti iclas yaxın günlərdə başqa tarixə keçiriləcək.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il azadlıqdan məhrum edilib. Buna səbəb isə T.Səmədovanın qeyri-rəsmi ər-arvad kimi yaşadığı Rasim Həsənovla birgə musiqiçi Abbas Səfərovun fotoşəkillərini əldə edib, onu yaymaqla hədələyib, pul alması olub. A.Səfərov müğənni Rəqsanə İsmayılovadan (hazırda həbsdədir - red.) pul alaraq, şikayət ərizəsini geri götürüb.
Əlavə edək ki, T.Səmədovanın qızı Suelin atası Abbasdır.
