RU

Dəriyə sirli düşmən: Tonal kremlər və pudraların riskləri

Makiyaj vasitələri düzgün seçilmədikdə və ya uzun müddət istifadə edildikdə dərinin sağlamlığına mənfi təsir göstərə bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirib ki, makiyaj məhsulları estetik görünüşü yaxşılaşdırsa da, onlar dərimiz üçün müəyyən risklər daşıyır. Dəriyə tətbiq olunan bəzi kremlər, tonal əsaslar və pudralar kimyəvi maddələr, konservantlar və ağır metallar (məsələn, qurğuşun, kadmiyum) ehtiva edə bilər.

Davamlı və düzgün olmayan istifadə nəticəsində dəridə allergik reaksiyalar, qızartı, səpkilər və iltihab yaranması mümkündür. Həmçinin makiyaj vasitələrinin təmizlənmədən gecə ərzində qalması dərinin məsamələrinin tıxanmasına və sızanaqların meydana çıxmasına səbəb olur.

Uzunmüddətli təsir isə dərinin elastikliyini itirməsinə, yaşlanma prosesinin sürətlənməsinə və hətta müəyyən dəri xəstəliklərinin yaranmasına gətirib çıxara bilər.

Mütəxəssis tövsiyəsi:

Makiyaj məhsullarını etibarlı və sertifikatlı brendlərdən seçin.

Dəri tipinizə uyğun məhsullardan istifadə edin.

Gündəlik olaraq dərini makiyajdan təmizləyin və nəmləndirin.

Həftədə bir neçə dəfə dərin təmizləyici maska və ya skrabdan istifadə etmək faydalıdır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
19
e-saglam.az

1Источники