BAKI, 18 sentyabr. TELEQRAF
Sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən 53 nömrəli avtobusla bağlı şikayətlər yayılıb.
Belə ki, vətəndaşlar avtobusda oturacaqların sınıq olmasından, pəncərələrin açılmamasından, avtobusa minə bilmək üçün növbədə dayanmaqdan gileylənirlər.
Məsələ ilə bağlı Teleqraf-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması məqsədilə 53 nömrəli marşrut xətti agentlik tərəfindən müsabiqəyə təqdim olunub.
"Müsabiqənin nəticələrinə əsasən, xəttə yeni daşıyıcıların cəlb edilməsi nəzərdə tutulub", - məlumatda vurğulanıb.