RU

Böyük Britaniyada Rusiyaya casusluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb

London, 18 sentyabr, AZƏRTAC

Böyük Britaniyada 3 nəfər Rusiyaya casusluq etməkdə şübhəli bilinərək saxlanılıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Metropolitan Polis İdarəsi 41 yaşlı kişi və 35 yaşlı qadının Esseks qraflığının Qreys şəhərində bir ünvanda saxlanıldığını açıqlayıb. 46 yaşlı digər kişi isə həmin bölgədə başqa ünvanda həbs edilib.

Onların hər 3-ü 2023-cü il Milli Təhlükəsizlik Aktının 3-cü bölməsini pozaraq xarici kəşfiyyat xidmətinə kömək etməkdə şübhəli bilinirlər və Londonda polis bölməsinə aparılıblar. Esseksdə hər iki ünvanda axtarış aparılıb. Şübhəlilər şərti zaminlə azad edilsələr də, istintaq davam edir.

Metropoliten Polisinin Terrorizmlə Mübarizə İdarəsinin rəhbəri Dominik Mörfi bildirib ki, son vaxtlar Böyük Britaniyada xarici kəşfiyyata cəlb olunan şəxslərin sayında artım müşahidə edilir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Избранный
36
1
azertag.az

2Источники