RU

Premyer Liqanın “Zapı”sı

«Şamaxı» mövsümün ilk qələbəsini dördüncü turda qazandı.

«Karvan»ı doğma məkanda 3 cavabsız qolla məğlubiyyətə uğratdılar.

Oyunun qırılma anı 45-ci dəqiqəyə təsadüf etdi. ndrey Tirkoveanunun künc zərbəsindən birbaşa qapıya yönəltdiyi vuruş qol olunca, «Karvan» rəsmən çökdü.

Buna qədər mübarizə əsasən mərkəzdə gedirdi, tərəflərdən hər hansı birinin aşkar üstünlüyündən danışmağa dəyməz.

Ayxan Abbasov yalnız yarımmüdafiə xəttindən razı qala bilər. Müdafiə və hücum fazasında boşluqlar çoxdur.

Arxaya atılan toplarda çətinlik çəkdilər. Zonaları vaxtında bağlamağa çatdırmadılar.

Rikardo Fernandes yenə əla formadadır: portuqaliyalı qapıçı iki dəfə «Şamaxı»nın xilaskarına çevrildi. O, Premyer Liqada «Qarabağ»dan savayı, istənilən komandanın «1 nömrə»si olacaq qədər güclü biridir.

Kerim Rossini, deyəsən, vaxtından qabaq təriflədik. Üç turdur «çərçivə»yə düşmür. Əlverişli mövqe seçmək onun ən böyük sıxıntısıdır.

«Şamax» gah udacaq, gah uduzacaq - bu heyət stabil çıxış etmək potensialı daşımır, yetərsizdir. «Zapı»ya «Mersedes» motoru qoymaqla deyil ki…

KAMİL

Избранный
10
sportinfo.az

1Источники