Dünya şou-binzesində jurnalistlərlə konflikt yaşayan bir çox dünya məşhuru var. Bu konfliktlər bəzən şəxsi həyatın gizliliyinin pozulması, bəzən medianın təhrif olunmuş məlumat yayması, bəzən də məşhurların emosionallıqları ilə bağlı olub.
BAKU.WS xarici KİV-ə istinadən jurnalistlərlə ciddi konfliktlər yaşamış bəzi məşhurların adlarını təqdim edir:
Reper Kanye Uest
Kanye jurnalistləri və paparazziləri tez-tez tənqid edir, bəzən fiziki qarşıdurmalar da yaşanıb. 2013-cü ildə Los-Ancelesdə bir paparazziyə hücum etdiyi üçün məhkəməlik olmuşdu.
Müğənni Britni Spirs
Britni uzun illər medianın təzyiqi altında olub. 2007-ci ildə onun böyük əsəb və stress yaşamına jurnalistlər və paparazzilər olub. Paparazzilərlə toqquşma zamanı əlində çətirlə maşına zərbə vurması görüntüləri mediada səs-küy yaradıb.
Meqan Markl və Şahzadə Harri
Britaniya mediasının, xüsusilə Meqana qarşı irqçi və şəxsi hücumlar etməsi, onların kral ailəsindən ayrılmasına səbəb olub. 2021-ci ildə Meqan Opra Uinfriyə verdiyi müahibəsi zamanı medianı sərt tənqid edib.
Aktyor Alek Bolduin
Paparazzilərlə dəfələrlə fiziki qarşıdurma yaşayıb. Bir neçə dəfə Nyu York küçələrində jurnalistlərə hücum etdiyinə görə həbs olunub.
Aktyor Şon Penn
Keçmişdə bir neçə dəfə jurnalistlərə qarşı fiziki zorakılıq törədib. 1980-90-cı illərdə bir neçə jurnalistlə əlbəyaxa olub və cərimələnib.
Müğənni Castin Biber
Gənclik illərində tez-tez medianın tənqid hədəfinə çevrilib, bu da onun emosional reaksiyalarına səbəb olub. Londonda bir paparazziyə hücum etməyə çalışması ilə gündəmə gəlmişdi.
Müğənni Rihanna
Bəzi hallarda şəxsi həyatının çox detallı şəkildə yayılmasından narazı qalıb. Paparazzilərə qarşı sərt reaksiyalar verib, bir dəfə telefonlarını sındırmaqla gündəmə gəlmişdi.