RU

Məktəblərə direktor təyinatı ilə bağlı yeni qaydalar açıqlandı

BAKI, 18 sentyabr. TELEQRAF

"Artıq 10 ildən çoxdur ki, məktəb direktorlarının işə qəbulu müsabiqə əsasında aparılır. Lakin bu prosesin təşkili ilə bağlı yaranan çətinliklər səbəbindən bütün məktəbləri vaxtında direktorla təmin etmək mümkün olmur".

Teleqraf xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli “360 dərəcə təhsil” verilişində deyib.

O bildirib ki, direktor olmaq istəyən şəxslərdən yeganə tələb onların qiymətləndirmə nəticələridir.

"Şagird sayı çox olan məktəblərdə tələblər yüksək olmalıdır. Qiymətləndirmə nəticəsindən sonra müsahibə mərhələsində namizədlərin bacarıqları yoxlanılacaq. Burada liderlik, strateji idarəetmə, ünsiyyət, qərar vermə bacarıqları kimi meyarlar yoxlanılacaq. Kiçik məktəblər üçün qərarvermə prosesi daha çox kollegial şəkildə həyata keçiriləcək. Böyük məktəblərdə isə fərdi müsahibələr aparılacaq".

Nurlan İsmayılbəyli əlavə edib ki, yeni qaydalara əsasən direktor təyinatı şagird sayı 500-ə qədər olan məktəblər və şagird sayı 500-dən çox olan məktəblər üzrə aparılacaq.

Избранный
25
teleqraf.com

1Источники