RU

Azərbaycan Əfqanıstana "AI-92" markalı benzinin tədarükünə başlayıb

 

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 3 milyon 532 min ABŞ dolları dəyərində 5 min 407,8 ton "AI-92" markalı avtomobil benzini ixrac edib.

Bu barədə Missiya.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

İxracın əsas həcmi Əfqanıstanın payına düşüb – bu ölkəyə 1 milyon 631,35 min ABŞ dolları dəyərində 2 min 297,7 ton benzin tədarük edilib.

Hesabat dövründə Gürcüstana 803,8 min ABŞ dolları dəyərində 1 min 93,6 ton, Türkiyəyə isə 1 milyon 96,9 min ABŞ dolları dəyərində 2 min 16,6 ton benzin tədarük edilib.

2024-cü ildə Azərbaycan "AI-92" markalı benzin ixrac etməyib.

Sonuncu dəfə Azərbaycandan 28 min ABŞ dolları dəyərində 44,9 ton "AI-92" markalı benzin 2021-ci ildə Gürcüstana ixrac edilib.

Azərbaycanda "AI-92" markalı benzin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur. Zavod 2024-cü ilin yayından "Premium Euro-95" markalı benzininin istehsalına başlayıb.

Избранный
5
9
missiya.az

10Источники