RU

Rusiyanın sərhəd gəmisi Bakıyagəlir

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisi sentyabrın 23-də Bakı limanına səfər edəcək.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova brifinqdə açıqlayıb.

Bildirilib ki, həmin gəmi sentyabrın 25-nə qədər Bakı limanında olacaq. Onun sözlərinə görə, səfər ikitərəfli əməkdaşlığa dair təsdiqlənmiş planlar çərçivəsində həyata keçiriləcək. 

Zaxarova həmçinin qeyd edib ki, bu, Rusiya və Azərbaycanın təhlükəsizlik sahəsində əməkdaşlığa və Xəzər regionunda əlaqələrin möhkəmləndirilməsinə hazır olduğunu göstərir.

Избранный
2
3
redaktor.az

10Источники