RU

İxracatçılar 8-ci Beynəlxalq Çin İdxal Sərgisinə dəvət olunurlar

İqtisadiyyat Nazirliyi 2025-ci ilin 5-10 noyabr tarixlərində Şanxay şəhərində keçiriləcək 8-ci Beynəlxalq Çin İdxal Sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı 12 şirkət təşkil edəcək.

İştirakçılar müsabiqə əsasında seçiləcək. Seçim meyarları ilə AZPROMO-nun rəsmi internet səhifəsindən (https://shorturl.at/D5j9R) tanış olmaq olar.

Избранный
44
vergiler.az

1Источники