RU

Fransada 200-dən çox etiraz aksiyası keçirilir

Bakı, 18 sentyabr, AZƏRTAC

Fransada 230 etiraz aksiyası qeydə alınıb, iştirakçılar 95 obyekti bloklayıblar.

AZƏRTAC xəbər verir ki, “Le Figaro” qəzetinin yazdığına görə, bu barədə ölkənin daxili işlər naziri Bryuno Retayo bildirib.

“Polis qüvvələrimizin vaxtında ərazidə yerləşdirilməsi etirazçıların qarşısını alan amil oldu”, – deyə DİN rəhbəri qeyd edib.

Onun sözlərinə görə, sentyabrın 18-i səhər saatlarında 58 nəfər saxlanılıb ki, onlardan da 11-i Parisdədir.

Sentyabrın 16-da ölkənin nəqliyyat naziri Filip Tabaro 18 sentyabr etirazları ilə bağlı ictimai nəqliyyatın fəaliyyətində ciddi problemlər olacağı barədə xəbərdarlıq etmişdi.

Tabaro, həmçinin aviasiya dispetçerlərinin tətilindən danışıb. Lakin bəzi həmkarlar ittifaqlarının onu oktyabrın əvvəlinə keçirmək niyyətində olduqlarını bildirməsi səbəbindən 18 sentyabr aksiyası Fransa paytaxtının hava limanlarının hava marşrutlarına təsir etməyəcək.

Sentyabrın 10-da Fransada “Hər şeyi bloklayaq” şüarı altında genişmiqyaslı etiraz aksiyaları keçirilmişdi. Bu aksiyalar hökumətin təklif etdiyi sərt qənaət tədbirlərinə əhalinin narazılığı fonunda baş tutmuşdu.

Bundan əvvəl etirazçılar Parisdə Prezident Makronun istefasını tələb etmişdilər.

 

Избранный
22
azertag.az

1Источники