RU

Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirəcək

Sentyabrın 23-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarının Bakı Fond Birjasında (BFB) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.istiqrazlarının Bakı Fond Birjasında (BFB) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

İSİN kodunun verilmə tarixi - 2025-ci il 04 sentyabr
Qiymətli kağızın İSİN kodu - AZ0201120018
İstiqrazın növü - kuponlu, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın nominal dəyəri - 100,00 (bir yüz) manat
Qiymətli kağızın miqdarı - 200.000 (iki yüz min) ədəd
Məcmu nominal dəyəri - 20.000.000,0 (iyirmi milyon) manat
Kupon dərəcəsi-8,0%
Tədavül müddəti - 1080 gün
Kupon ödənişləri - 2026-cı il 9 mart, 2026-cı il 9 sentyabr

2027-ci il 9 mart, 2027-ci il 9 sentyabr

2028-ci il 9 mart, 2028-ci il 9 sentyabr

Əsas məbləğin ödəniş tarixi - 2028-ci il 9 sentyabr

Hərracın gedişi zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Yuxarıda qeyd edilən tarixdə həyata keçiriləcək hərracda dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Избранный
95
2
teleqraf.com

3Источники