RU

Ukrayna Donetsk vilayətində əks hücum əməliyyatı keçirir Zelenski

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətində, Pokrovsk və Dobropillia yaxınlığında əks-hücum əməliyyatı keçirir.

Bizimyol.info xəbər verir ki, bu barədə prezident Vladimir Zelenski öz Telegram kanalında məlumat verib.

“Gərgin döyüşlər getdi, lakin biz ruslara əhəmiyyətli itkilər verə bildik. Bu gün Ali Baş Komandan Sırski nəticələrlə bağlı ilk hesabatını verdi. Əməliyyat başlayandan artıq qoşunlarımız 160 kvadrat kilometr ərazi və daha sonra 170 kvadrat kilometr ərazi isə işğalçılardan təmizlənib.

Biz mübadilə fondumuzu əhəmiyyətli dərəcədə artırdıq – artıq yüzə yaxın rusiyalı məhbusumuz var və daha çoxu alınacaq”, - deyə Zelenski bildirib.

Prezident əlavə edib ki, Ukrayna Müdafiə Qüvvələri artıq 7 yaşayış məntəqəsini azad edib və daha 9-u rus işğalçılarından təmizlənır.

“Bura girməyə cəhd edən istənilən işğalçı qrupu bizim uşaqlar tərəfindən məhv edilir. Bizim əks-hücum əməliyyatımızın başlanğıcından bəri təkcə Pokrovsk bölgəsində son bir neçə həftə ərzində Rusiyanın itkiləri artıq iki min yarımı ötüb, 1300-dən çox rusiyalı həlak olub”, - deyə Zelenski əlavə edib.

Bundan əvvəl prezident rus işğalçılarının payızda iki strateji hücum kampaniyası hazırladığını da bildirmişdi. Eyni zamanda o, əlavə edib ki, Ukrayna Müdafiə Qüvvələri Rusiyanın daha iki hücum kampaniyası ilə bağlı planlarını pozub.

Eyni zamanda, prezident onu da bildirib ki, ruslar 2025-ci ilin yayında həyata keçirdikləri hücum zamanı böyük itkilər veriblər. Ona görə də Rusiya hazırda genişmiqyaslı hücum əməliyyatları keçirmək iqtidarında deyil.

Bu arada, "DeepState" analitikləri daha əvvəl Rusiyanın Kupyansk və ətraf bölgələrdə irəliləyişləri barədə məlumat vermişdilər. Ekspertlər qeyd edirlər ki, rus işğalçıları Şərqi Zaporojya bölgəsində də irəliləyiblər.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
icma.az

1Источники