RU

Arteriyalarda xolesterin yığılmasının ilk xəbərdarlığı: Ayaqlarda narahatlıq

Xolesterin arteriyalarda səssizcə yığılaraq, ayaqlarda lövhələrin əmələ gəlməsinə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, endokrinoloq Oleg Laptev bildirir ki, bu lövhələr yalnız xolesterin deyil, həmçinin yağ maddələri, hüceyrə tullantıları, kalsium və fibrin ehtiva edir.

Arteriyalarda bu qarışığın miqdarı çoxaldıqca, onların divarları qalınlaşır və sərtləşir. Bu, qan dövranı üçün zərərlidir və ayaqların da yükü artır, nəticədə ilk nəzərə çarpan simptom ortaya çıxır.

Əsas simptomlar:Ayaqlara çatmayan qan periferik arteriya xəstəliyi (PAX) kimi tanınan vəziyyətə səbəb ola bilər.

Həkim bildirir ki, PAX-ın ilk nəzərə çarpan əlaməti ayaqlarda narahatlıq hissi, ağrı və ya qıcolmalardır. Bu ağrı adətən müəyyən sürətlə gəzərkən və müəyyən müddət sonra yaranır.

Başlanğıcda ağrı müvəqqətidir, aktivlik zamanı yaranır və istirahətdən sonra keçir. Lakin vəziyyət pisləşdikcə, topallama, ayaqlarda keylik, zəiflik, ağırlıq və yorğunluq da müşahidə oluna bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
16
e-saglam.az

1Источники