RU

"Ermənistan və Türkiyənin tezliklə barışmasını istəyirik" - Zaxarova

Rusiya Ermənistan və Türkiyənin tezliklə barışmasının tərəfdarıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın XİN sözçüsü Mariya Zaxarova deyib. 

"Moskva bunu Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və davamlı inkişafın təmin edilməsi üçün vacib amillərdən biri hesab edir", - Rusiya XİN sözçüsü bildirib.

Rusiyalı diplomat xatırladıb ki, Ermənistan-Türkiyə danışıqlarının birinci raundu 2022-ci ilin yanvarında Moskvada baş tutub.

"Biz bu səyləri, o cümlədən "3+3" formatı çərçivəsində dəstəkləməyə davam etməyə hazırıq. Biz Ankara ilə İrəvan arasında sazişlər hazırlanarkən yerli reallıqların və Cənubi Qafqazdakı qonşularımızın maraqlarının nəzərə alınacağını gözləyirik", - deyə o qeyd edib.

Избранный
16
1
bakivaxti.az

2Источники